Avstraliyada meşə yanğınlarından əmələ gələn tüstü dumanı Çili və Argentinaya çatıb

Avstraliyada meşə yanğınlarından əmələ gələn tüstü dumanı Çili və Argentinaya çatıb
# 07 yanvar 2020 01:49 (UTC +04:00)

Avstraliyada baş verən meşə yanğınları nəticəsində əmələ gələn qatı tüstü dumanı Cənubi Amerikanın sahillərinə çatıb.

APA “MeteoChili” meteoroloji xidmətinə istinadən xəbər verir ki, Çilinin mərkəz və cənub hissəsində səmanı qatı tüstü örtüyü bürüyüb.

Tüstü qatının Argentinaya da keçdiyi bildirilir.

Avstraliyanın bəzi ərazilərində yanğınlar o qədər güclü olub ki, havadan belə söndürmək mümkün olmayıb. Yanğının söndürülməsinə gəmilər və təyyarələr cəlb edilib. Avstraliyanın cənub-şərq sahillərində genişmiqyaslı evakuasiya tədbirləri davam etdirilir.

Qeyd edək ki, Avstraliyada milyonlarla hektar meşə ərazisini bürüyən yanğın nəticəsində son aylarda 17 nəfər ölüb. Yanğın minədək evin yarasız hala düşməsinə səbəb olub. Eyni zamanda meşədə 8 min koala və yüz minlərlə digər heyvan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR