Bayden: "Putinə yayda Avropada yüksək səviyyəli görüş keçirməyi təklif etdim"

Bayden: "Putinə yayda Avropada yüksək səviyyəli görüş keçirməyi təklif etdim"
# 16 aprel 2021 02:44 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə yayda Avropada sammit keçirməyi təklif edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə Rusiya ilə münasibətə dair siyasətə həsr olunmuş nitqlə çıxış edərkən bildirib.

Prezident Putinlə danışarkən aramızdakı şəxsi, birbaşa təmasın xüsusilə daha effektiv münasibətlər üçün çox vacib olduğuna əmin oldum. O da bununla razılaşdı. Bu baxımdan, ölkələrimiz qarşısında duran bir sıra məsələləri müzakirə etmək üçün bu yay Avropada sammit çərçivəsində şəxsən görüşməyi təklif etdim”, - Bayden belə deyib.

Onun sözlərinə görə, “hazırda komandalar bu fürsətin mümkünlüyünü müzakirə edirlər”. Ağ Evin rəhbəri yüksək səviyyəli görüş çərçivəsində strateji sabitliklə bağlı dialoqa başlamağı da təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR