Bayden Putinlə Avropada iyun ayında görüşəcəyinə ümid etdiyini bildirib

Bayden Putinlə Avropada iyun ayında görüşəcəyinə ümid etdiyini bildirib
# 05 may 2021 02:13 (UTC +04:00)

“İyun ayında Avropaya səfərim çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşümü səbirsizliklə gözləyirəm”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ondan rusiyalı həmkarına bu barədə təklif edib-etmədiyini soruşduqda ABŞ lideri bildirib ki, “bu, mənim ümidim və gözləntimdir. Bunun üzərində işləyirik”.

Qeyd edək ki, Bayden iyun ayında NATO və “G-7”nin zirvə görüşündə iştirak etmək üçün Avropaya səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR