Bayden qaçqın qəbulu üçün kvotanı artıracağını deyib

Bayden qaçqın qəbulu üçün kvotanı artıracağını deyib
# 18 aprel 2021 07:01 (UTC +04:00)

ABŞ administrasiyası qaçqın qəbulu kvotasını artıracaq.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden açıqlayıb. Onun çıxışı Ağ Evin mətbuat xidməti tərəfindən də yayılıb.

“Biz sayı artırmağa hazırlaşırıq”, - Bayden belə deyib.

Cümə günü Bayden 2021-ci maliyyə ilində limiti 15 min nəfər səviyyəsində saxlayaraq artırmamağa qərar verib. Belə bir kvota oktyabrın əvvəlində ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən təsis edilib. Bu rəqəm 1980-ci ildən bəri ən aşağı göstəricidir. 2020-ci maliyyə ilində bu limit 18 min nəfər idi və sonradan 2019-cu maliyyə ilinin 18 minlik göstəricisi ilə müqayisədə iki dəfə azaldılmışdı.

Fevral ayında Bayden 2022-ci maliyyə ilində xaricdən qaçqın qəbulu üçün kvotasını 125 minə çatdırmaq niyyətində olduğunu bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR