Bill Qeyts koronavirusla mübarizəyə 10 milyon dollar ayırıb

Bill Qeyts koronavirusla mübarizəyə 10 milyon dollar ayırıb
# 27 yanvar 2020 11:17 (UTC +04:00)

“Microsoft” şirkətinin yaradıcısı, dünyanın ən zəngin iş adamlarından olan Bill Qeyts və həyat yoldaşının xeyriyyə fondu yeni növ koronavirusunun Çində və Afrika ölkələrində yayılmasının qarşısının alınmasına 10 milyon dollar ayırıb.

APA-nın xəbərinə görə, bu barədə məlumat Fondun saytında yerləşdirilib.

Məbləğin 5 milyon dolları Çində, 5 milyonu isə Afrika ölkələrində öldürücü virusla mübarizəyə sərf olunacaq.

Qeyd edək ki, son məlumata görə, artıq Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR