Blinken: "Qoşunları çıxardıqdan sonra da Əfqanıstanla sıx əməkdaşlığı davam etdirəcəyik"

Blinken: "Qoşunları çıxardıqdan sonra da Əfqanıstanla sıx əməkdaşlığı davam etdirəcəyik"
# 16 aprel 2021 02:21 (UTC +04:00)

ABŞ hərbi kontingentini çıxardıqndan sonra da Əfqanıstanla əməkdaşlığını davam etdirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Kabula səfərinin yekunlarından danışarkən deyib.

“Qoşunlarımızı çıxarsaq da, digər sahələrdə əməkdaşlığı genişləndiririk, əfqan xalqının yanında olacağıq. Xüsusilə iqtisadi sərmayə qoymaqla vətəndaş cəmiyyətini dəstəkləməkdə davam edəcəyik”, - deyə “TOLONews” Blinkendən sitat gətirib.

“ABŞ heç vaxt Əfqanıstandakı hərbi mövcudluğunu daimi şəkildə qorumağı planlaşdırmırdı. “Əl-Qaidə” tərəfindən gözlənilən təhlükə əhəmiyyətli dərəcədə azalıb”, - Blinken belə deyib.

Onun sözlərinə görə, “2021-ci ildə mövcud olan Əfqanıstan 2001-ci ildəki Əfqanıstan deyil. Ölkə əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR