Blinken Türkiyəni və digər müttəfiqlərini Rus hərbi texnikasından imtina etməyə çağırıb

Blinken Türkiyəni və digər müttəfiqlərini Rus hərbi texnikasından imtina etməyə çağırıb
# 29 aprel 2021 03:20 (UTC +04:00)

“ABŞ Türkiyəni və digər xarici müttəfiqlərini, tərəfdaşlarını Rusiyadan daha çox silah və hərbi texnika alışından imtina etməyə çağırır. Bu cür razılaşmalar edən ölkələrin ABŞ-ın birtərəfli sanksiyalarına məruz qalacağını xəbərdar edir”.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken xarici jurnalistlərlə keçirilən onlayn görüşdə Türkiyənin Rusiyanın S-400 zenit raket sistemlərini alması ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Blinken S-400-lərlə bağlı Vaşinqton və Ankaranın yol tapa biləcəyinə ümid etdiyini bildirib:

“Bununla bərabər, Türkiyənin və bu baxımdan bütün ABŞ müttəfiqlərinin, ortaqlarının Rusiya silahlarının daha çox alınmasından çəkinmələri də gələcək üçün çox vacibdir”.

Dövlət katibinin sözlərinə görə, Vaşinqton S-400 hava hücumundan müdafiə sisteminin Ankara tərəfindən alınması ilə bağlı fikirlərini açıq şəkildə ifadə edir: “Biz də Türkiyəni S-400 sistemindən imtina etməyə çağıraraq çox açıq, düz və ardıcıl davranırıq. Bütün bunlara baxmayaraq, ABŞ Türkiyə ilə təhlükəsizlik əlaqələrini qorumağa çalışacaq. Türkiyə ilə ortaq prioritetlər mövzusunda iş birliyini axtarmağa, aramızda fikir ayrılıqlarının olduğu sahələrdə dialoq aparmağa davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR