Boliviya Evo Moralesi İnterpol xətti ilə axtarışa verib

Boliviya Evo Moralesi İnterpol xətti ilə axtarışa verib
# 28 noyabr 2019 11:02 (UTC +04:00)

Boliviyanın sabiq prezidenti Evo Morales barəsində beynəlxalq axtarış elan olunub. 

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bu barədə sabiq prezident Meksikada keçirdiyi mətbuat konfransında bildirib. 

E. Morales qeyd edib ki, Boliviya hüquq-mühafizə orqanları onu İnterpol xətti ilə axtarışa verib. 

Sabiq prezident barəsində səsləndirilən ittihamları qəbul etmədiyini vurğulayıb. 

Xatırladaq ki, ölkədə baş verən etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Bundan sonra sabiq prezident ölkəni tərk edərək Meksikaya gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR