Boliviyada avtobus qəzasında 13 nəfər ölüb

Boliviyada avtobus qəzasında 13 nəfər ölüb
# 29 yanvar 2020 03:18 (UTC +04:00)

Boliviyada sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində az 13 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “El Deber” nəşri məlumat yayıb.

Yerli vaxtla 9.30-da baş verən qəza La-Pas şəhəri ilə Karabuko şəhəri arasındakı yolda qeydə alınıb.

İlkin məlumatlara görə, qəza hadisə yerindən qaçan yük maşınının sürücüsünün günahı üzündən baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR