Braziliya Prezidenti dəri xərçənginə tutulduğunu ehtimal edir

Braziliya Prezidenti dəri xərçənginə tutulduğunu ehtimal edir
# 12 dekabr 2019 07:46 (UTC +04:00)

Braziliya Prezidenti Cair Bolsonaru onda xərçəng xəstəliyinin ola biləcəyini söyləyib.

APA TASS-a istinadən xəbər verir ki, Bolsonaru bu buarədə çərşənbə günü Prezident İqamətgahında jurnalistlər qarşısında çıxışında bildirib.

"Məndə zərif dəri var, həyatımda çox balıq tutmuşam, aktiv həyat tərzinə üstünlük verirəm. Buna görə də dəri xərçənginin olma ehtimalı var", - deyə Prezident qeyd edib.

"Globo" qəzetinin yazdığına görə, dövlət başçısı əlavə edib ki, Braziliya Səhiyyə Nazirliyinin statistikasına görə, dəridə xərçəng ölkədəki bədxassəli şişlərin 1/3-ni təşkil edir: “Bu, ən çox 40 yaşdan yuxarı, zərif dərisi olan insanlarda müşahidə edilir. Xəstəliyin inkişafına kömək edən risk faktorları arasında dərinin uzun müddət günəş şüasına məruz qalmasıdır”.

Jurnalistlər Bolsonarunun səhhəti ilə bağlı soruşduqda o, suala zarafatla cavab verib: "Mourau (Antoniu Hamilton – ölkənin vitse-prezidenti – red.) yenə də ikinci şəxs olacaq".

Qeyd edək ki, Braziliya Konstitusiyasına görə, dövlət başçısı ölərsə, onu vitse-prezident əvəzləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR