Braziliyada bir gündə 69 min nəfərdə COVID-19 aşkarlanıb, 2,9 min nəfər ölüb

Braziliyada bir gündə 69 min nəfərdə COVID-19 aşkarlanıb, 2,9 min nəfər ölüb
# 24 aprel 2021 07:17 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 69 105 nəfərin koronavirus infeksiyasına yoluxması, 2914 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 14 237 078 nəfər yoluxub. Bu müddət ərzində 386 416 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 12 711 103 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR