Braziliyada bir sutkada 23,5 mindən çox insan koronavirusa yoluxub

Braziliyada bir sutkada 23,5 mindən çox insan koronavirusa yoluxub
# 20 iyul 2020 07:07 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 23 529 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 098 389 nəfər yoluxub. Bu müddət ərzində 79 488 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 716 nəfər olub.

Həmçinin bu günədək 1 371 229 xəstə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Braziliya COVID-19 infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR