Braziliyada bir sutkada 9 mindən çox insan COVID-19-a yoluxub

Braziliyada bir sutkada 9 mindən çox insan COVID-19-a yoluxub
# 13 may 2020 07:16 (UTC +04:00)

Braziliyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 177,5 mini keçib, 12,4 min insan isə bu virusdan həyatını itirib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, ölkədə indiyədək 177 589 nəfərə COVID-19-a yoluxma diaqnozu qoyulub, son sutkada yoluxanlar isə 9258 nəfərdir.

Son 24 saat ərzində 881 ölkə sakini də virusa yoluxma nəticəsində ölüb, ölənlərin ümumilikdə sayı 12 400-ə çatıb. İndiyədək 72 597 nəfər sağalaraq evinə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR