Braziliyada koronavirus qurbanlarının sayı 140 mini keçib

Braziliyada koronavirus qurbanlarının sayı 140 mini keçib
# 26 sentyabr 2020 08:12 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 31 911 nəfərin koronavirus infeksiyasına yoluxması, 729 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 689 613 nəfər yoluxub. Bu müddət ərzində 140 537 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 040 949 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR