Braziliyada koronavirusa yoluxma sayı 1,2 milyonu keçib

Braziliyada koronavirusa yoluxma sayı 1,2 milyonu keçib
# 26 iyun 2020 04:29 (UTC +04:00)

Braziliyada son sutka ərzində 39 mindən çox insanın COVID-19 üçün testi pozitiv nəticələnib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədə daha 39 483 nəfərdə koronavirus aşkarlanıb, bununla da virusa yoluxanların ümumi sayı 1 228 114 nəfərə çatıb. Bu dövr ərzində daha 1141 nəfər virusun qurbanına çevrilib. İndiyədək Braziliyada koronavirusdan ölüm sayı 54 971-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR