Braziliyada son sutkada 1347 nəfər koronavirusdan ölüb

#
# 06:57
20 aprel 2021

Braziliyada son sutka ərzində daha 30 624 nəfərin koronavirus infeksiyasına yoluxması, 1347 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 13 973 695 nəfər yoluxub. Bu müddət ərzində 374 682 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 12 460 712 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR