Çikaqoda həftəsonu baş verən silahlı insidentlər zamanı 7 nəfər ölüb

#
# 20:50
19 iyul 2020

ABŞ-ın Çikaqo şəhərinin müxtəlif bölgələrində son iki gündə baş vermiş atışmalar nəticəsində 7 nəfər ölüb, 43 nəfər yaralanəb.

APA xəbər verir ki, bu barədə “Chicago Sun-Times” polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, yaralananlar arasında yeddi yeniyetmə də var. Onlardan heç biri ölməyib. Ölənlərin altısı kişi, biri qadındır.

Polis bu cinayətlərin araşdırılması ilə məşğuldur. Hadisələri törədənlərin əksəriyyəti hələ də saxlanılmayıb və ya kimliyi müəyyənləşdirilməyib.

Bir həftə əvvəl eyni dövrdə Çikaqoda atışma nəticəsində 64 nəfər yaralanmış, 13-ü ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR