Çin ABŞ rəsmilərinə sanksiya tətbiq edib

Çin ABŞ rəsmilərinə sanksiya tətbiq edib
# 10 avqust 2020 13:25 (UTC +04:00)

Çin ABŞ rəsmilərinə sanksiya tətbiq edib.

APA-nın "France Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü bildirib.

“Çin Honkonqla bağlı məsələlərdə pis davranan bəzi şəxslərə qarşı sanksiya tətbiq etmək qərarına gəlib”, - XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, 11 amerikalıya sanksiya tətbiq olunub. Sanksiya tətbiq olunanların siyahısında ABŞ senatorları Ted Kruz, Marko Rubio, “Human Rights Watch” təşkilatının direktoru Kennet Roth və “National Endowment for Democracy” təşkilatının prezidenti Karl Gerşmanın da adları var.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Maliyyə Nazirliyi Honkonq administrasiyasının rəhbəri Kerri Lam da daxil olmaqla, 11 rəsmi şəxsə sanksiya tətbiq etdiyi açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR