Çin XİN: ABŞ Hyustonda Baş konsulluğumuzun bağlanması barədə qərarı dərhal ləğv etməlidir

Çin XİN: ABŞ Hyustonda Baş konsulluğumuzun bağlanması barədə qərarı dərhal ləğv etməlidir
# 22 iyul 2020 12:40 (UTC +04:00)

“ABŞ-ı Hyuston şəhərində Baş konsulluğumuzun bağlanması barədə yanlış qərarını dərhal ləğv etməyə çağırırıq”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bu gün Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin deyib.

“ABŞ tərəfindən birtərəfli qaydada qəbul olunmuş qərar siyasi təxribatdır. Eyni zamanda, məlum qərar beynəlxalq hüququ, beynəlxalq münasibətlərin başlıca normalarını və ABŞ-la Çinin ikitərəfli konsul razılaşmasını ciddi şəkildə pozur. Çin və ABŞ arasında münasibətləri sabotaj edən əsassız və təhrikçi addımı qətiyyətlə pisləyirik”, - deyə Çin XİN-in rəsmisi vurğulayıb.

Xatırladaq ki, “Global Times” nəşrinin baş redaktoru “Twitter”də bildirib ki, ABŞ hakimiyyəti Çindən 72 saat ərzində Hyustondakı Baş konsulluğunu bağlamasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR