Co Bayden: "Seçkilərə Demokrat kimi qatıldım, amma bütün amerikalıların prezidenti olacam"

Co Bayden: "Seçkilərə Demokrat kimi qatıldım, amma bütün amerikalıların prezidenti olacam"
# 05 noyabr 2020 02:38 (UTC +04:00)

ABŞ prezidentliyinə Demokratlardan olan namizəd Co Bayden seçkilərdən sonra fikir ayrılıqlarının unudulmasına çağırıb və yalnız ona səs verənlər üçün deyil, hər kəs üçün gərgin şəkildə çalışacağına dair söz verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Bayden bu sözləri Delaverdə tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Mən bir Demokrat olaraq seçki kampaniyasında iştirak etdim, amma Amerika prezidenti olaraq ölkəni idarə edəcəm. Prezident hər kəsi təmsil edir və hamıya görə məsuliyyət daşıyır. Budur nə edəcəyim: Mənə səs verənlər kimi mənə səs verməyənlər üçün də eyni şəkildə gərgin olaraq çalışmaq”, - Bayden belə deyib.

O qeyd edib ki, inkişafa nail olmaq üçün “müxaliflərə düşmən kimi davranmağı dayandırmalıyıq”: “Biz düşmən deyilik. Bizi amerikalılar kimi birləşdirən dəyər bizi bölə biləcək şeylərdən daha güclüdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR