Corc Floydun ölümündə təqsirləndirilən sabiq polis zabiti ciddi rejimli həbsxanaya köçürülüb

#
# 10:56
21 aprel 2021

ABŞ-da afroamerikalı Corc Floydun ölümündə təqsirləndirilən sabiq polis əməkdaşı Derek Şovin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

APA-nın xəbərinə görə, bu barədə KARE telekanalı məlumat verib.

Bildirilib ki, hazırda sabiq polis zabiti təknəfərlik kamerada saxlanılır.

Onun təhlükəsiz şəraitdə və mühafizə altında olduğu qeyd olunub.

D. Şovinə ikinci və üçüncü dərəcəli adam öldürmək ittihamı irəli sürülüb.

Qaydalara əsasən, ilk dəfə cinayət törətmiş şəxs kimi o, 12 il yarım həbs cəzası ilə üzləşir, lakin hakimin ağırlaşdırıcı faktorlar olduğunu təyin etdiyi təqdirdə prokurorlar D. Şovin üçün 40 il həbs cəzası istəyə bilər.

Xatırladaq ki 46 yaşlı Corc Floyd ötən il mayın 25-də həbs edilərkən ölüb. Hadisəni təsvir edən videoda Floydun boğazını dizi ilə yerə sıxan polis əməkdaşını görmək olur. Floyd dəfələrlə nəfəs ala bilmədiyini deyir. Saxta pulun istifadəsi ilə bağlı xəbəri yoxlayan polislər Floyda yaxınlaşarkən müqavimətlə üzləşiblər. Silahsız afroamerikalının ölümü ABŞ-da geniş etirazlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR