Dünyada koronavirusa yoluxanların sayı 27 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 27 milyonu ötüb
# 07 sentyabr 2020 08:38 (UTC +04:00)

Dünyada koronavirusa yoluxma hallarının sayı 27 milyonu keçib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Cons Hopkins Universitetinin bu gün açıqladığı hesabatında bildirilib.

Qeyd edilib ki, hazırda yoluxanların dəqiq sayı 27 002 224 nəfərdir, ölüm sayı isə 882 053 nəfərə yüksəlib. 18 054 580 nəfər sağalıb.

Ən çox yoluxma hadisəsi ABŞ-da (6275614) qeydə alınıb. Sonrakı yerlərdə isə Braziliya (4137521) və Hindistan (4113811) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR