Dünyada son sutkada 830 mindən çox insanda COVID-19-a yoluxma qeydə alınıb

Dünyada son sutkada 830 mindən çox insanda COVID-19-a yoluxma qeydə alınıb
# 26 aprel 2021 08:11 (UTC +04:00)

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 830 mindən çox artaraq, ümumilikdə 146,05 milyonu keçib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölənlərin sayı 12,9 mindən çox artaraq 3,09 milyonu ötüb.

25 aprel Bakı vaxtı ilə saat 20:00-a olan məlumata əsasən, 146 054 107 nəfər koronavirusa yoluxub, 3 092 410 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 830 806 nəfər, ölənlərin sayı isə 12 940 nəfər artıb.

Ötən gün ərzində yoluxma hallarının 44%-dən çoxu Cənub-Şərqi Asiyada (365 986) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (228 852), üçüncü yerdə Avropa (165 146) yer alıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 31 656 636 nəfər. Onun ardınca Hindistan (16 960 172), Braziliya (14 237 078), Fransa (5 390 187), Rusiya (4 762 569), Türkiyə (4 591 416), Böyük Britaniya (4 403 174), İtaliya (3 949 517), İspaniya (3 456 886), Almaniya (3 287 418), Argentina (2 824 652) və Polşa (2 758 856) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR