Hillari Klinton rektor seçilib

Hillari Klinton rektor seçilib
# 02 yanvar 2020 19:33 (UTC +04:00)

ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərindəki Kvins Universitetinin fəxri rektoru olub.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, o, 5 il müddətinə sözügedən ali təhsil müəssisəsinə rəhbərlik edəcək.

Vəzifəsinin icrasına yanvarın 1-dən başlayan keçmiş dövlət katibi universitetin ilk qadın rektoru olacaq.

Qeyd edək ki, H. Klinton 2018-ci ildə universitetin fəxri doktoru seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR