"Ingenuity" helikopteri Marsdakı dördüncü uçuşunu həyata keçirə bilməyib

"Ingenuity" helikopteri Marsdakı dördüncü uçuşunu həyata keçirə bilməyib
# 30 aprel 2021 01:52 (UTC +04:00)

Marsa göndərilmiş “Ingenuity” helikopteri planetin planetin səthi üzərindəki dördüncü uçuşunu həyata keçirə bilməyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Məkanın Araşdırılması İdarəsinin (NASA) Reaktiv Hərəkət Laboratoriyasının “Twitter” səhifəsində bildirilib.

“Əsaslı dördüncü uçuş çərçivəsində helikopter Marsın səthindən qalxa bilmədi. Mütəxəssislər komandası məlumatları dəyərləndirir və tezliklə yenidən cəhd etmək niyyətindədir”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR