KİV: Kolumbiyada etiraz aksiyaları zamanı 87 nəfər itkin düşüb

KİV: Kolumbiyada etiraz aksiyaları zamanı 87 nəfər itkin düşüb
# 05 may 2021 05:18 (UTC +04:00)

Kolumbiyada aprelin 28-dən etiraz aksiyalarında iştirak edənlərdən 87 nəfəri itkin düşüb.

APA yerli “Efe Eme” radiosuna istinad edərək xəbər verir ki, bu barədə Ombudsman ofisinin məlumatlarında bildirilib.

İtkin düşənlərin çoxu – 35 nəfəri Kali şəhərində qeydə alınıb.

Xatırladaq ki, Kolumbiyada ötən həftədən bəri vergi islahatlarına qarşı nümayişlər davam edir. Paytaxt Boqota, Kali, Medellin və digər şəhərlərdə etiraz aksiyalarında 840-dan çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR