Kamala Harris ABŞ-ın Milli Kosmik Şurasına rəhbərlik edəcək

Kamala Harris ABŞ-ın Milli Kosmik Şurasına rəhbərlik edəcək
# 02 may 2021 05:22 (UTC +04:00)

ABŞ vitse-prezidenti Kamala Harris ölkənin Milli Kosmik Şurasına rəhbərlik edəcək.

APA xəbər verir ki, vitse-prezident bu barədə “Twitter” hesabında yazıb.

O, Milli Kosmik Şuraya rəhbərlik etməkdən şərəf duyduğunu vurğulayıb.

NASA Kosmik Agentliyinin yeni rəhbəri Bill Nelson Harrisin təyinatını alqışlayıb.

Nelson Harrisi ABŞ-ın kosmosda liderliyini davam etdirməsi üçün ölkənin səylərini koordinasiya edəcək ideal şəxs adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR