Kanadada 2 mln. insan iş yerini itirib

Kanadada 2 mln. insan iş yerini itirib
# 09 may 2020 18:30 (UTC +04:00)

Bu ilin aprel ayında Kanadada 2 mln. insan iş yerini itirib, ölkədə işsizliyin səviyyəsi rekord 13%-ə yüksəlib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, iş yerlərinin bağlanması bazarların qorxduğu qədər pis olmasa da, Kanadanın Statistik İdarəsi bildirib ki, işlərini müvəqqəti itirmiş və koronavirusla mübarizə üçün qoyulan məhdudiyyətləri aradan qaldırdıqdan sonra işə qayıtmağı gözləyən 1,1 mln. insan hesabata daxil edilməyib

Əgər bu insanlar da hesabata daxil etsəydi, Kanadada işsizlik səviyyəsi rekord həddə – 17,8% çatacaqdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR