Kanadada Ukraynaya məxsus və İranda vurulan təyyarənin məlumatlarının təhlili aparılıb

Kanadada Ukraynaya məxsus və İranda vurulan təyyarənin məlumatlarının təhlili aparılıb
# 24 iyul 2020 08:25 (UTC +04:00)

Beynəlxalq ekspertlər qrupu yanvar ayında Tehran yaxınlığında vurulan Ukraynanın “Boeing 737” təyyarəsinin uçuş qeydlərindən alınan məlumatların ilkin təhlilini tamamlayıb.

APA xəbər verir ki, bu barədə Kanada Nəqliyyat Təhlükəsizliyi Bürosu məlumat yayıb.

Məlumata görə, təyyarənin “qara qutular”ından alınan məlumatların deşifrə edilməsi iyulun 21-də Parisdə başlayıb.

“Məlumatların yüklənməsi və ilkin təhlili hərtərəfli və şəffaf bir araşdırmanın aparılmasının vacib mərhələsi idi. Parisdəki işlər başa çatıb, lakin istintaqın sonuna hələ çox var. Cavab veriləcək bir çox vacib suallar var”, - deyə büronun rəhbəri Keti Foks bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR