Kanadada qatar relsdən çıxıb, xəsarət alanlar var

Kanadada qatar relsdən çıxıb, xəsarət alanlar var
# 31 dekabr 2019 23:33 (UTC +04:00)

Kanadada dəmiryol qəzası baş verib.

APA CTV-yə istinadən xəbər verir ki, hadisə mərkəzi Manitoba əyalətində baş verib.

Sərnişin qatarı Çörçil şəhərindən Vinnipeq şəhəri istiqamətində hərəkət edərkən relsdən çıxaraq aşıb. Təcili yardım əməkdaşları hadisə yerinə cəlb edilib.

Qatarda 7-si sərnişin olmaqla 12 nəfər olub. “Via Rail” dəmiryolu kompaniyasının nümayəndəsi qeyd edib ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR