Kapitoliyə qanunsuz daxil olmaqda günahlandırılan şəxs intihar edib

Kapitoliyə qanunsuz daxil olmaqda günahlandırılan şəxs intihar edib
# 13 yanvar 2021 15:15 (UTC +04:00)

Kapitoliyə qanunsuz daxil olmaqda günahlandırılan şəxs intihar edib.

APA-nın “New York Times”a istinadən verdiyi xəbərə görə, bu barədə məhkəmə ekspertləri rəy verib.

ABŞ-ın Corciya ştatından olan 53 yaşlı maliyyə məsləhətçisi Kristofer Stanton ötən həftə Kapitoliyə hücumdan sonra saxlanılıb. Məhkəmə sənədlərinə görə, o, ABŞ Konqresinin binasına qanunsuz girməkdə, həmçinin komendant saatının qaydalarını pozmaqda ittiham olunub.

Ötən həftənin cümə axşamı məhkəməyə çıxarılan K. Stanton özünü günahkar hesab etməyib. Şənbə günü isə o evində ölü tapılıb.

Daha əvvəl isə "Washington Post" Kapitolidəki iğtişaşların şahidi olan 51 yaşlı polis zabiti Hovard Liebenqudun həftə sonu intihar etdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR