Kolumbiya Venesuelanın koronavirusla bağlı yardımından imtina edib

Kolumbiya Venesuelanın koronavirusla bağlı yardımından imtina edib
# 06 aprel 2020 06:22 (UTC +04:00)

Kolumbiya hökuməti Venesuelanın bu ölkəyə bağışlamaq istədiyi koronavirusu aşkarlayan test avadanlığından imtina edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqes paytaxt Karakasda çıxışı zamanı bildirib.

O, həmçinin ölkəsində koronavirusa yoluxanların sayını da açıqlayıb. Qeyd edib ki, hazırda Venesuelada yeni virusa yoluxanların ümumi sayı 159-a çatıb.

Xatırladaq ki, cümə günü Venesuela Prezidenti Nikolas Maduro koronavirusla mübarizə çərçivəsində Kolumbiyaya kömək etməyə hazır olduğunu demişdi.

Məlumat üçün bildirək ki, Venesuelada koronavirusa ilk yoluxma hadisəsi martın 13-də qeydə alınıb. Martın 17-dən ölkə daxilində karantin tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR