Kolumbiyada avtomobilin qatarla toqquşması nəticəsində 4 nəfər ölüb

Kolumbiyada avtomobilin qatarla toqquşması nəticəsində 4 nəfər ölüb
# 24 fevral 2020 07:18 (UTC +04:00)

Kolumbiyanın şimalında minik avtomobili dəmir yolu keçidində qatarla toqquşub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Sienaqa bələdiyyəsində (Maqdalenanın şimal departamenti) baş verən hadisə nəticəsində avtomobildə olan sürücü və 3 sərnişin ölüb.

Bildirilib ki, dəmir yolu keçidindən keçməyə çalışan sürücü qatarın yaxınlaşdığını görməyib.

Faktla bağlı istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR