Kolumbiyada baş vermiş atışma zamanı 3 nəfər yaralanıb

Kolumbiyada baş vermiş atışma zamanı 3 nəfər yaralanıb
# 09 noyabr 2020 04:27 (UTC +04:00)

Kolumbiyanın şimal-qərbində baş vermiş atışma nəticəsində azı üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “La FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə bazar günü günortadan sonra İtuanqo bələdiyyəsində baş verib. Sifarişli qətl törətməyə hazırlaşan iki naməlum şəxs polis patrulu ilə qarşılaşıblar. Cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən atışma nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar.

İnsidentlə bağlı istintaq araşdırmalarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR