Kolumbiyada dağıntılar altından qalan 5 şaxtaçı xilas edilib

#
# 04:16
13 sentyabr 2020

Kolumbiyanın şimal-qərb hissəsində yerləşən mədəndə dağıntılar altında qalan 5 şaxtaçı həmkarları tərəfindən xilas edilib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “La FM” radiosu məlumat yayıb.

Hadisə Valdiviya bələdiyyəsində qeyri-qanuni fəaliyyət göstərən qızıl mədənində baş verib. Şaxtaçılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. 

Hadisə ilə əlaqədar istintaq başladılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR