Kolumbiyada etiraz aksiyaları zamanı 846 nəfər yaralanıb

Kolumbiyada etiraz aksiyaları zamanı 846 nəfər yaralanıb
# 04 may 2021 08:20 (UTC +04:00)

Kolumbiyada hökumətin vergi islahatlarına qarşı bir neçə gündür davam edən etiraz aksiyaları zamanı 431 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə naziri Dieqo Molano “Twitter” səhifəsində yazıb.

Nazir etiraz aksiyaları zamanı 540 polis məmuru da daxil olmaqla, 846 nəfərin yaralandığını vurğulayıb.

Qeyd edək ki, etiraz aksiyaları paytaxt Boqota daxil olmaqla, Cali, Medellin və digər şəhərlərdə qeydə alınıb. Hökumət islahatı dəyişdirməyə razı olsa da, etirazlar davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR