Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər ölüb

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər ölüb
# 04 aprel 2020 00:35 (UTC +04:00)

Kolumbiyanın şərqində yerləşən mədənlərdən birində baş verən partlayış nəticəsində 6 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Caracol” radiosu məlumat yayıb.

Hadisə səhər saatlarında San Kayetano (şərqi Norte-de-Santander departamenti) bələdiyyəsində yerləşən Ayakuço kəndində baş verib.

Xilasedicilər bir nəfəri dağıntılar altından xilas edə bilib.

Hadisə ilə əlaqədar istintaq başladılıb. İlkin məlumatlara görə, partlayışa səbəb metan qazının sızması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR