Kolumbiyada rekord həddə sutkalıq koronavirusdan ölüm qeydə alınıb

Kolumbiyada rekord həddə sutkalıq koronavirusdan ölüm qeydə alınıb
# 25 aprel 2021 08:21 (UTC +04:00)

Kolumbiyada son sutkada koronavirusdan 440 nəfər ölüb. Bu, ölkədə qeydə alınan sutkalıq koronavirusdan ölüm hadisəsidir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın Səhiyyə və Sosial İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 16 730 yeni yoluxma və 18 038 sağalma qeydə alınıb.

Ümumilikdə sağalan xəstə sayı 2 573 657, yoluxma sayı 2 757 274, ölüm sayı isə 70 886 nəfərdir.

Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma hadisəsi keçən il martın 8-də aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR