Kolumbiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Kolumbiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
# 31 dekabr 2019 08:24 (UTC +04:00)

Kolumbiyanın mərkəzində baş vermiş təyyarə qəzasında üç nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə bazar ertəsi səhər Santander departamentinin mərkəzində baş verib. “Aerogalan” aviaşirkətinə məxsus yüngülmühərrikli təyyarə Bukaramanqadan Simitarraya doğru hərəkət edirmiş. Təyyarə havaya qalxdıqdan dərhal sonra hündürlük səviyyəsi itməyə başlayıb və təyyarə təpəyə çırpılıb. Təyyarədə olan üç nəfər isə yerindəcə ölüb.

Rəsmilər artıq istintaq araşdırmasına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR