Meksikada avtobusun aşması nəticəsində 13 nəfər ölüb

Meksikada avtobusun aşması nəticəsində 13 nəfər ölüb
# 29 sentyabr 2020 07:11 (UTC +04:00)

Meksikanın cənubunda yerləşən Çiapas əyalətinin La Kampana kəndi yaxınlığında sərnişin avtobusu aşıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Milenio” qəzeti məlumat dərc edib.

Hadisə zamanı azı 13 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR