Meksikada ilk dəfə sutka ərzində 2 mindən çox insanın koronavirusa yoluxması qeydə alınıb

Meksikada ilk dəfə sutka ərzində 2 mindən çox insanın koronavirusa yoluxması qeydə alınıb
# 15 may 2020 07:58 (UTC +04:00)

Meksikada son sutkada yeni növ koronavirusa 2409 nəfər yoluxub, yoluxanların ümumilikdə sayı 42 595-ə çatıb. Eyni müddət ərzində daha 257 nəfər eyni diaqnozdan dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə ölkənin baş epidemioloqu Xose Luis Alomia mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə ilk dəfə bir sutka ərzində 2 mindən çox yoluxma halı qeydə alınıb.

Meksikada indiyədək 4477 nəfər koronavirusdan ölüb. Hakimiyyət 26 746 şübhəlinin virusa yoluxma ehtimalını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR