Meksikada yanacaq daşıyan avtomaşının partlaması nəticəsində 12 nəfər ölüb

Meksikada yanacaq daşıyan avtomaşının partlaması nəticəsində 12 nəfər ölüb
# 17 noyabr 2020 07:16 (UTC +04:00)

Meksikanın qərbindəki Nayarit ştatında magistral yolda yanacaq daşıyan avtomaşının partlaması nəticəsində azı 12 nəfər ölüb, bir nəfər yaralanıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə regional ictimai təhlükəsizlik idarəsindən bildirilib.

İlkin məlumata görə, maye qazın daşındığı qoşqulu yük maşınının sürücüsü idarəetməni itirib. Maşın yuvarlanaraq partlayıb. Partlayış nəticəsində üç avtomobil tamamilə məhv olub. Hadisə səbəbindən Tepik və Qvadalaxara şəhərlərini birləşdirən magistral yolda hərəkət iflic olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR