Müntəzəm "Facebook" istifadəçilərinin sayı 2,5 milyarda çatıb

Müntəzəm "Facebook" istifadəçilərinin sayı 2,5 milyarda çatıb
# 30 yanvar 2020 06:51 (UTC +04:00)

Mütəmadi olaraq “Facebook sosial şəbəkəsinə daxil olanların sayı bir il ərzində 8% artaraq 2,5 milyarda çatıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir nəticə şirkət tərəfindən yayılmış korporativ hesabatda öz əksini tapıb.

Yuxarıda göstərilən göstərici ayda ən azı bir dəfə sosial şəbəkəyə girənlərin sayını əks etdirir. Şirkət hesablamalarına görə, ötən ilin dekabr ayında 1,66 milyard insan gündə ən az bir dəfə “Facebook”dan istifadə edib. Bu göstərici il ərzində 9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR