NATO-nun baş katibi İranın İraqdakı hərbi bazalara hava hücumlarını pisləyib

NATO-nun baş katibi İranın İraqdakı hərbi bazalara hava hücumlarını pisləyib
# 08 yanvar 2020 17:00 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberq İranın İraqdakı hərbi bazalara hava hücumlarını pisləyib.

APA-nın xəbərinə görə, bu barədə Yens Stoltenberq "Twitter" səhifəsində qeyd edib.

"İranın İraqdakı ABŞ və koalisiya qüvvələrinə qarşı raket zərbələrini pisləyirəm. NATO İranı növbəti zorakılıqlardan çəkinməyə çağırır. Müttəfiqlər məsləhətləşməni davam etdirir və bizim İraqdakı təlim missiyamıza sadiq qalır", - deyə NATO baş katibi bildirib.

Xatırladaq ki, yanvarın 8-də İran İslam İnqilabı Keşikçiləri Korpusu İraqdakı iki hərbi bazaya 22 raket zərbəsi endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR