Nikaraquada "Yota" qasırğası qurbanlarının sayı 16-ya çatıb

Nikaraquada "Yota" qasırğası qurbanlarının sayı 16-ya çatıb
# 19 noyabr 2020 05:36 (UTC +04:00)

Nikaraquada “Yota” qasırğasının təsiri nəticəsində meydana gələn daşqınlar və torpaq sürüşmələri səbəbindən azı 16 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə məlumatı “La Prensa” qəzeti ölkənin vitse-prezidenti Rosario Murilyoya istinadən məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət zamanı, aralarında uşaqların da olduğu azı yeddi nəfər Mataqalpa departamentinin Masiso-de-Penyas-Blankas yaşayış məntəqəsi ərazisindəki torpaq sürüşməsinin qurbanı olub. Buna qədər rəsmilər bu bölgədə dörd ölüm hadisəsinin olduğunu bildirmişdilər. Hələlik rəsmi olaraq təsdiqlənməmiş məlumata görə, ümumilikdə 16 nəfər daşqınlar zamanı ölüb.

Murilyo bildirib ki, təbii fəlakətdən zərər çəkmiş bölgələrin 50,7 mindən çox sakinləri üçün 1,2 minə yaxın sığınacaq yaradılıb. Fərqli bölgələrdə olan təxminən 124 min yaşayış evi hələ də işıqsızdır, 70 min ailə içməli su tapmaqda çətinlik çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR