Nyu-Yorka xaricdən gələnlər üçün karantin şərtləri ləğv edilib

Nyu-Yorka xaricdən gələnlər üçün karantin şərtləri ləğv edilib
# 13 aprel 2021 02:50 (UTC +04:00)

Nyu-York ştatına gələn xaricilər üçün qüvvədə olan 10 günlük karantin şərtləri ləğv edilib.

APA-nın məlumatına görə, bu barədə ştatın Səhiyyə İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, əvvəllər qüvvədə olan sözügedən qadağa məcburi deyil, sadəcə tövsiyə xarakterlidir: “Həmçinin, səyahətçilər üçün üç gün sonra koronavirus testi vermələri də məcburi deyil. Lakin Səhiyyə idarəsinin xüsusi bir formasında qeydlər aparılacaq. Formada səyahətçinin koronavirus testi verib-vermədiyi və yaxud əvvəllər koronavirusa yoluxub-yoluxmadığı göstərilməlidir”.

Xatırladaq ki, əvvəllər xaricdən Nyu-Yorka gələn hər kəs məcburi şəkildə 10 gün müddətinə karantinə alınırdı. Əks halda cərimə nəzərdə tutulurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR