Panama həbsxanasında məhbuslar arasında davada 11 nəfər ölüb, 11 nəfər yaralanıb

Panama həbsxanasında məhbuslar arasında davada 11 nəfər ölüb, 11 nəfər yaralanıb
# 18 dekabr 2019 06:40 (UTC +04:00)

Panamanın şərqində yerləşən Hoyita həbsxanasında məhkumlar arasında kütləvi dava düşüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 11 nəfər ölüb. 11 yaralanıb.

Ölənlər və yaralananlar arasında həbsxana və polis əməkdaşlarının olmadığı bildirilir.

Hazırda həbsxanada vəziyyət stabilləşib, polis nəzarəti ələ alıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR