Patruşev və ABŞ Prezidentinin müşaviri arasında telefon danışığı olub

Patruşev və ABŞ Prezidentinin müşaviri arasında telefon danışığı olub
# 30 aprel 2021 18:29 (UTC +04:00)

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Nikolay Patruşev və Ceyk Sallivan Rusiya-ABŞ münasibətlərinin vəziyyəti və perspektivlərini, habelə Rusiya və ABŞ prezidentləri arasında görüşün mümkünlüyünü müzakirə ediblər”, - deyə bildirilib.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR