Pelosi yenidən Demokratların ABŞ Konqresindəki lideri seçilib

Pelosi yenidən Demokratların ABŞ Konqresindəki lideri seçilib
# 18 noyabr 2020 23:30 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasında Demokratların lideri Nensi Pelosi yenidən eyni vəzifəyə seçilib.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.

Belə ki, Pelosi 18 noyabrda keçirilən virtual səsvermədə demokrat-konqresmenlərin səs çoxluğunu qazana bilib.

Hazırda Palata növbəti dəfə öz spikerini seçməlidir. N.Pelosinin dördüncü dəfə bu vəzifəni tutacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR