Pentaqon: Koronavirus yenidən alovlana bilər

Pentaqon: Koronavirus yenidən alovlana bilər
# 20 may 2020 12:14 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyində (Pentaqon) yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada yenidən alovlana biləcəyini düşünürlər.

APA-nın xəbərinə görə, “Task & Purpose” nəşri ABŞ Müdafiə naziri Mark Esper üçün hazırlanan sənədə istinadən məlumat yayıb.

Bildirilib ki, koronavirusla mübarizədə effektiv peyvəndin yalnız 2021-ci ilin yayında hazır ola biləcəyi ehtimal edildiyi üçün Pentaqonda bu qənaətə gəlinib.

“İlin sonuna COVID-19 alovlanmasının baş verə biləcəyi ehtimal olunduğu üçün biz hazırda diqqətimizi böhran missiyasının davam etdirilməsinə, fəaliyyətin genişləndirilməsinə və lazımı hazırlıqların aparılmasına yönləndirməliyik”, - deyə qeyd olunub.

Hazırlanan sənədin rəsmi şəkildə dərc edilmədiyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp peyvəndin hazırlanması üzərində işlərin yaxşı getdiyini bildirərək ilin sonuna qədər tamamlana biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR